Məşhur müğənni İbrahim Tatlısəs yenidən hakim AKP-nin siyahısı ilə parlament seçkisinə qatılmaq istəyir.
Mia.az xəbər verir ki, buna qədər 4 dəfə AKP-nin namizədi olan İbrahim Tatlısəs bu gün Oda TV-yə "5-ci dəfə namizəd olacaqsanmı?” sualına cavabında belə bir arzusunun olduğunu gizlətməyib.
İbrahim Tatlısəs yenə Şanlıurfadan namizəd olacağına işarə edib və bildiirb ki, rəsmi namizəd olmaq üçün atacağı addımlara hələ var: "Hələ prosesin başlanmasına bir həftə var. Açıqlamama olacaq".
Xatırladaq ki, hər fürsətdə AKP-nin sədri, prezident Rəcəb Tayyib Ərdoğana sadiqliyini ifadə edən İbrahim Tatlısəs bir neçə ay əvvəl Ərdoğanla birgə gənclərlə görüşdə iştirak edib, orada birgə mahnı oxuyublar.
Ləman
MİA.AZ