"Yeşilçam"ın canlı əfsanələrindən olan Şevket Altuğ 80 yaşına qədəm qoyub.
Mia.az xəbər verir ki, karyerası boyunca 20 film və 4 serialda rol alan Altuğ doğum günü ilə bağlı paylaşıma belə şərh yazıb: "80-ni devirdik. Daha yaxşı günlər görəcəyik".
Qısa zamanda usta oyunçuya minlərlə təbrik mesajı gəlib.
Xatırladaq ki, Şevket Altuğ Kamal Sunalla (Şaban) bir çox filmlərə çəkilib.
O, 13 mart 1943-cü ildə Balıkəsirin Bandırma rayonunda anadan olub. Orta təhsilini Qalatasaray Liseyində bitirib. İstanbul Universitetinin Kino və Televiziya fakültəsində təhsil alıb. O, tələbəlik illərində teatra maraq göstərib. Peşəkar aktyorluq karyerasına Arena Teatrında başlayıb.
Aktyor 1971-ci ildə Jalə Altuğla ailə həyatı qurub. Cütlüyün Kərəm və Kezban adlı iki övladı dünyaya gəlib.
Şevkət Altuğ "Perihan Abla" serialında "Şakır" və "Super Baba" serialında "Fikret" rolları ilə də yadda qalıb.
Ləman
Mia.az