Cənubi afrikalı 28 yaşlı repçi Kosta Titç konsert zamanı dünyasını dəyişib.
Mia.az xəbər verir ki, məşhur cənubi afrikalı reper Kosta Tiç Yohannesburqda keçirilən musiqi festivalında mahnı ifa edərkən iki dəfə özündən gedib.
Məlumata görə, birinci dəfə həkimlərin müdaxiləsi ilə özünə gələn repçi yenidən səhnəyə dönüb. Lakin qısa zaman sonra o, yenidən yerə yıxılıb. Bu dəfə isə həkmlər onun həyata qaytara bilməyib.
Kosta Tiçin ailəsindən verilən açıqlamada deyilir ki, onun ölümünü qəbul etmək çətin olsa da, buna məcburdurlar: "Təcili yardım həkimlərinə və orada ona kömək edən hər kəsə minnətdarıq".
Məlumatda repçinin ölüm səbəbi haqqında heç bir informasiya verilmir.
Xatırladaq ki, 28 yaşlı sənətçi qitə ölkələrində çox məşhur olub.
Ləman
MİA.AZ