Məşhur aktyor Haluk Bilginer "Kundakçı" adlı teatr tamaşasının nümayişi zamanı qəfildən yıxılıb.
Mia.az xəbər verir ki, Haluk Bilginer təcili yardımla dərhal xəstəxanaya aparılıb.
Məlumata görə, 68 yaşlı aktyorun huşu özündədir, onun yüksək qan təzyiqi səbəbindən səhhətinin qəfil pisləşdiyi açıqlanıb.
Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən Kadıköy Bələdiyyə Başçısı Şerdil Dara Odabaşı məşhur aktyora şəfa diləyib: "Bu gün Caddebostan Mədəniyyət Mərkəzində səhnəyə qoyulan “Kundakçı” tamaşası zamanı teatrımızın ustadı Haluk Bilginerin rahatsız olması xəbərindən çox kədərələndim. Ona təcili şəfalar arzulayıram...".
Ləman
MİA.AZ