İordaniya kralının 27 yaşlı qızı yunan gənclə təmtəraqlı toyla ailə qurub.

Mia.az xarici mətbbuata istinadla xəbər verir ki, İordaniya kralı II Abdullahın qızı şahzadə İman Venesuelada doğulmuş yunan əsilli Cəmil Aleksandr Termioti ilə evlənib. 

Şahzadə İman və Yunan əsilli investor Cemil Alexander Thermiotinin möhtəşəm toyu televiziya ilə canlı yayımlanıb.

Yyaılan videogörünütüyə görə, şahzadə İman qardaşı vəliəhd Hüseynlə şadlıq sarayına gəlib. 

Toydan sonra bəy və gəlin Qurani-Kərimdən ayələr oxuyublar. 

Beytül-İordan sarayında keçirilən toy mərasimində şahzadə və şahzadələrlə yanaşı, Misir prezidentinin xanımı İntizar əs-Sisi  və digər nüfuzlu qonaqlar iştirak edblər.

Məlumata görə, kralın kürəkəni  hazırda Thermioti ABŞ-ın Nyu-York şəhərində yaşayır. Onun ailəsi böyük sərvətə sahib olmaqla yanaşı, həm də müxtəlif böyük layihələrin sərmayədarıdır.

Onu da qeyd edək ki, Kral Abdullahın Hüseyn (29), İman (27), Səlma (23) və Haşim (18) adlı 4 övladı var.

Ləman

MİA.AZ