"Axar.az” xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Skipalski keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırki vəziyyətdə ancaq Putin Ukraynada gələcəkdə nələrin baş verəcəyini anlaya bilər: "Ancaq Putinin yaxın ətrafı onun başında nələri çevirdiyini anlaya bilər. Ukraynada baş verənlər və Yanukoviçin qaçmağı onun Ukrayanı Gömrük İttifaqına qoşmaqla bağlı planlarını alt-üst elədi”.Skipalski əmindir ki, Putin hələ də Ukraynanın cənub-şərqini işğal etmək fikrindən imtina etməyib: "Hadisələrin analizi Putinin cənub-şərqi Ukraynanı işğal planından əl çəkdiyini deməyə əsas vermir. Bununla belə Putin geopolitik tələyə düşüb. Çünki bir az sonra Rusiya zəif oyunçu ilə deyil, daha güclü ilə qarşılaşacaq”.