Gəncə şəhərində qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan bildirilib ki, şəhər ərazisində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə bağlı məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Mıəlumaat görə, qadını əri Elşən Quluyevin öldürdüyü deyilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Mia.az