Bu gün İstanbul məhkəməsində prokuror Beşiktaşın keçmiş Bələdiyyə sədrinə 154 ilə qədər həbs cəzası tələb edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ittiham aktına görə 2014-cü ildə keçirilən seçkidə Beşiktaşın bələdiyyə sədri seçilən Murad Xəzinədar işlədiyi dövrdə ərazidə təmir-tikinti adıyla bələdiyyənin vəsaitlərini müxtəlif yollarla mənimsəmə, əmlakı talam, rüşvətalma və digər cinayətlərə yol verib.

Bu səbəbdən o və onunla bərabər 17 nəfərə cinayət işi  açılıb. 

Bu gün keçirilən məhkəmədə prokuror onatörətdiyi cinayətlərin cəzası ollaraq  70 il 6 aydan 154 ilə qədər həbs cəzası tələb edib.

Məhkəmə qarşıdakı iclasda hökmunu oxuyacaq.

Samir Musayev

Mia.az