Mayın 5-i azadlığa çıxan sabiq millət vəkili Gülər Əhmədova jurnalistlərə mesaj göndərib.
Eks-deputat "Yeni müsavat”a açıqlamasında hazırda müalicə olunduğunu bildirib:
Mənimlə maraqlanan, azadlığa çıxdığıma görə sevinənlərə təşəkkür edirəm. Hörmətli jurnalistlərdən, mətbuat işçilərindən isə xahiş edirəm ki, məni narahat etməsinlər, məni başa düşsünlər. Çünki uzun müddətdir ailəmdən, balamdan uzaq düşmüşəm. Bundan başqa, sağlamlığımla məşğulam. Hamıdan xahiş edirəm ki, inciməsinlər. Bütün jurnalistlərə, məni axtaran qələm əhlinə cansağlığı, ailə səadəti arzu edirəm. Ailəmlə, uşaqlarımla oturmuşam, iynə-dərmanımı qəbul edirəm. Məni başa düşsünlər. Üstümə gəlməsinlər, imkan varsa, rahat buraxsınlar".