İllər əvvəl çıxardığı “Gamsız”, “Ben Sensiz Ne Yapirim” kimi mahnıları ilə bir dövrə damğasını vuran Doğuş bu dəfə siyasi proqnozla gündəmə gəlməyə can atb.
Mia.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında Türkiyədəki seçki bloklarına toxunub.
Saç əkdirən, sifətində estetik əməliyyatlar aparılan Doğuş paylaşımında "6-lı Masa"nın dağılacağını proqnozlaşdırıb: "AK Partiya, MHP, İYİ Partiya birləşə bilərmi? Məncə, hə. Bu, burada tarix üçün qalsın".
Xatırladaq ki, Doğuş 2014-cü ildə "Səni axtarıram"ın Xoşqədəmi ilə evlənib. Ondan sonra o, bir neçə ay əvvəl Türkiyədə bir nəfərin çıxıb "Mənim atam Doğuşdur" iddiası ilə gündəmə gəlib. Doğuşun yaradıcılığı isə son 10 ildə demək olar ki, yoxdur.
Ləman
Mia.az