Məşhur aktrisa Berna Laçının 2020-ci ildə Orduda "Yuxu satıcısı" adlı tamaşasının ləğvini tələb edən deputata 3 il sonra üzr istədib.

Mia.az xəbər verir ki, 3 il əvvəl Elazığda baş verən zəlzələyə görə Tviter-də paylaşım edən MHP-li millət vəkili Cemal Enginyurt Ərdoğana səslənərək aktrisanın yolunu kəsməyə cəhd edib.

Belə ki, o, sosial şəbəkədəki paylaşımla akstrisanı hədəfə göstərərək, onun tamaşasının ləğvinə çağırış edib: "Ordu Böyükşəhər Bələdiyyəsini AK Partiya, yoxsa CHP idarə edir? Elazığ zəlzələsi ilə bağlı Ərdoğana və hökümətə təhiqrlər yağdırıan Berna Laçin 10 martda Orduda qarşılanır".

Maraqlıdır ki, bu çağırışdan az sonra MHP-dən istefa verərək Demokrat Partiyasının sədr müavini olan Ordu şəhərinin deputatı Cemal Enginyurt bu gün aktrisadan üzr istəyib.

Belə ki, aktrisa 8 mart günü deputata xitabən sosial şəbəkə hesabında paylaşım edib: "Təzyiqlə tamaşamı qadağan etdirmək istəyən, amma qazandığım mübarizə sonrası hələ də üzr gözlədiyim Cemal Enginyurt,  bu gün Qadınlar Günüdür, bəlkə üzr borcunu ödəyəsən?".

Deputat bu paylaşıma cavabsız qalmayaraq, yazıb: "8 Mart Dünya qadınlar günü vəsiləsiylə üzr isəmə fürsəti yaradan Berna Laçina təşəkkür edirəm. Üzr istəyirəm".

Aktrisa bu üzrə təşəkkürlə cavab verib.

Ləman

MİA.AZ