Bir vaxtlar baş rollarını Kıvanç Tatlıtuğ, Beren Saat, Selçuk Yöntem, Hazal Kaya və Nebahat Çehrenin oynadığı "Aşk-ı Memnu" serialı indi də film şəkilində çəkilir.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, serial bu dəfə "Bihter" adlı fiklmlə sevənlərinin tamaşasına veriləcək.
Məlumata görə, artıq filmin "Bülent" və "Nihat"'ı da bəlli olub.
Jurnalist Birsen Altuntaşın xəbərinə görə, filmdə evin kiçik oğlu "Bülent" rolunu Mert İnce canlandıracaq.
"Kuzgun" serialı ilə aktyorluğa başlayan İnce, həm də "Bergen" filmində rol alıb.
Filmdə "Nihat" rolunu isə Mertcan Tekin oynayacaq.
21 martda çəkimi başlayacaq film "Netflix"də yayımlanacaq.
Ləman
MİA.AZ