Qoç - qəfil hisslər, həyəcanların emanasiyası günüdür. Formalaşmış və stabilləşmiş hisslərdə mühüm dəyişikliklər baş verə bilər. Bununla yanaşı, köhnə səhvi təkrarlamaq şansı da var. Ruhdan düşməyin, pərişan olmayın, aktiv və enerjili olun. Belə olarsa, çoxdan bəri planlaşdırdığınız işi başa vura bilərsiniz.

Buğa - son hadisələr və alınan xəbərlərdən yararlanaraq perspektivləri düşünün, prioritetləri dəqiqləşdirin. Ünsiyyəti minimuma endirin, sakit və məhsuldar işlə təhlil üçün şərait yaradın. Qayda, nizam yaradılması, cari işlərin görülməsi də mövcud situasiyanın anlaşılması ilə düzgün seçimə dəstək olacaq.

Əkizlər - yaşam qarşınızda nə qədər çətin sədlər yaradarsa, fəaliyyətiniz bir qədər məhsuldar və effektiv olacaq. Kreativ olun, amma iki nəfərin əvəzinə çalışmayın. İzafi yük və iş səhhətinizə mənfi təsir edə bilər. İş arasında fasilə verərək istirahət edin.
Yaradıcılıq, dostlarla ünsiyyət, görüş və səfər üçün əlverişli gündür. Məsrəflər məntiqli, faydalı olmalıdır.

Xərçəng - yüksək enerjili gündür. İşin həcmini və miqyasını artırın. Praktik davranın, yersiz təşəbbüs və cəhdlər etməyin. Düşünülməmiş, vaxtından əvvəl addımlar atmayın. Sizdən başqa kimsəyə dəxli olmayan işləri sirr saxlayın. Emosional mühitdə səslənən vədlərə inanmayın. Yalınz öz qüvvənizə və istedadınıza inanın. 

Şir - maraqlandığınız iş, təmir və ya çalışdığınız sahədə irəliləmək üçün materiallarla avadanlıq almaq olar. Şəxsi münasibətlər üçün uğurlu gündür. Bir şərtlə ki, xırdalıqlara diqqət yetirin, sevdiyiniz insana laqeyd qalmayın, soyuqqanlı davranmayın.

Qız - çoxdan bəri can atdığınız işə başlamaq, yeni maraq tapmaq şansı var. Güzəşt, itki, nədənsə əl çəkmək ehtiyacı yarana bilər. Yaşam qarşınızda elə şərtlər qoyursa, deməli, yarımçıq işləri başa vurmaq və perspektivdə daha çox azadlıq əldə etmək gərəkdir.

Tərəzi - yaradıcılıq, ünsiyyət, səfər, ezamiyyət üçün ən yaxşı günlərdən biridir. Aktiv mövqeyinizi nümayiş etdirin. Uzaqdakı insanla münasibətləriniz varsa, indi çətin və qaçılmaz sınaq zamanıdır. Pərişanlıq, təəssüf hissi istisna deyil. Planlara yenidən baxaraq gərəksiz və utopiya təsiri bağışlayan istəklərdən əl çəkmək zamanıdır. Emosional gərginlik 

Əqrəb - həlledici anlarda köhnəlmiş dəyərlər, gözləntilər, ümidlərdən qurtulmaq, yeni işə və ya layihəyə başlamaq gərəkdir. Fəqət kəmhövsələlik etməyin, tələsməyin, var qüvvənizlə çalışmayın. Səhhətinizə və xüsusilə də qan təzyiqinə fikir verin.
Orqanizm hansısa problemdən xəbər verirsə, dincəlin, istirahət edin, açıq havada gəzişin.

Oxatan - borc və ya kredit almaq, borcları qaytarmaq, işgüzar və şəxsi münasibətlərdə yarımçıq məqamları bütünləşdirmək zamanıdır. Rəqibləri üstələmək və geridə qoymaq üçün gərəksiz nəsnələrdən imtina edərək ən mühüm məqamı seçin. Bədxərclik etməyin. Xoşunuza gələn əşyanı alaraq sevdiyiniz adama hədiyyə edə bilərsiniz.

Oğlaq - həyəcanlı gündür. Bir sıra gərgin məqamlar sizinlə yanaşı, dost və ya qohumlarınıza da təsir edir.
Yaxın bildiyiniz insanlar harada nəyi dərhal dəyişməyi, güzəşt ediləsi məqamı, qurban veriləsi marağı və ya məsuliyyətlə əlavə işi nə zaman öhdənizə götürmək gərəkdiyini deyəcəklər.

Dolça - enerji və istəyiniz çoxdur. Fəaliyyət göstərmək istəyirsiniz. Ancaq tələsməyin, hər şey öz axarında yaşanacaq. Ehtiyac duyulduğunuz yerə əməl və məsləhətlə vaxtında çatın. Həmfikir və ya ümumi işinizin olduğu insanların varlığı çox yaxşıdır. Qrupda asanlıqla işləyirsiniz. İşgüzar münasibətlərə romantik hisslərin qarşımasına imkan verməyin.

Balıqlar - perspektivlər barədə danışmaq, xoş təəssürat yaratmaq, işinizi tanıtmaq, bilik, bacarıq və ya imkanlarınızdan bəhs etmək üçün əlverişli gündür. Emosiyalarla hisslər rəvan olmayacaq. Sevdiyiniz insanla və yaxın bildiyiniz insanlarla münasibətlərinizi qoruyun.

Milli.Az