8 Mart Sizin gününüzdür, bəşəriyyətin ən zərif və gözəl varlığı olan qadınlar: ANALAR, BACILAR, QIZLAR, SEVGİLİLƏR, ŞƏRƏF və LƏYAQƏT DUYDUĞUMUZ DOST XANIMLAR!

Sizi 8 mart Beynəlxalq Qadınlar Bayramı Günü münasibətilə ürəkdən təbrik edirəm! Uğur, cansağlığı, gözəl günlər, qəlbinizcə olan yaşam və həyat tərzi həmişə Sizinlə olsun!

ƏZİZ AZƏRBAYCAN XANIMLARI!

Siz həyata gözəllik gətirən, sevgi bəxş edən, hər zaman bizimlə çiyindaş olmağı bacaran, fədakar, işgüzar, qayğıkeş, şərəf və namus bildiyimiz baş tacımızsınız! Sizi sevmək, dəyər vermək, yanınızda olmaq, qayğı göstərmək, nəvazişinizi çəkmək kişi şəxsiyyətinin ən böyük göstəricisidir. Həyatı, cəmiyyəti Sizsiz təsəvvür etmək mümkün deyil. Sizlər ana laylası ilə düşmənə qalib gələ biləcək qəhraman övladlar böyütdünüz. 30 il işğal altında olan Qarabağ və ətraf rayonlarımızın hərb yolu ilə qaytarılmasında cəsur əsgər və zabitlərimiz Sizlərdən ilham aldı. ZƏFƏRƏ GEDƏN YOLDA ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN VƏTƏN AŞİQİ OĞULLARIMIZA ANA, BACI, YAR və DOST HARAYINIZ ÜRƏYİMİZİ DAĞLADI. 

Sizin sevginiz, Sizin istəyiniz, tükənməz və təmənnasız nəvazişiniz Qarabağ müharibəsində böyük qələbəmizə stimul oldu.

Adın şərəflidir, Azərbaycan qadını! 

Sizi səmimi qəlbdən təbrik edirəm!

SƏXAVƏT TAĞLAR,

Əməkdar müəllim

MİA.AZ