Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül ölkə siyasətçilərinə "od püskürüb".

Mia.az xəbər verir ki, bu barəəd o, Tviter hesabında sərt paylaşım edib.

Mahsun Kırmızıgül zəlzələ fəlakətinin bir andaca unudularaq ölkənin diqqətinin siyasətə köklənməsini qəbuledilməz sayıb:

"Qəssab ət, qoyun can dərdindədir. Zəlzələ bölgəsindəyik. Yaxınlarını, hər şeyini itirmiş çarəsiz və kədərli insanların fəryadları yeri-göyü inildədir. Dağıntıların altında məzarı gözləyən ölülər varkən, siyasət gündəmini bıraxın. Millət ac, susuz, çarəsiz və hirslidir".

Xatırladaq ki, o, bundan əvvəl bölgədə su və qida problemləri barədə ard-arda bir neçə paylaşımlar eidb: "İgidlərin quru soğana möhtac olduğu günlər yaşıyırıq. Bölgə dərin bir səssizliye bürünüb. Hatayda bir tək yardıma möhtac yoxsullar qalıb. Dəstəklərinizi lütfən əsirgəməyin. Əsl indi yardımlaşma zamanıdır".

Ləman

MİA.AZ