"Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin qaldırması bütün Azərbaycan xalqının hədəfidir".

Mia.az Report-a istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

O xatırladıb ki, Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası hazırlanıb:

"Bu sənəd də BMT-nin rəsmi sənədi kimi yayılıb".

Nazir müavini qeyd edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı məsələdə populizmə yol vermək olmaz: "Bu, milli məsələdir".