Fevralın 6-da vaş verən zəlzələdə qardaşı, qardaşı arvadı və onların uşaqları, o cümlədən başqa xeyli yaxın qohumlarını itirən Kanal D telekanalının "Yarğı" serialının baş rol ifaçısı, məşhur aktyor Uğur Aslan daha bir paylaşım edib.

Mia.az-ın məlumatına görə, o, sosial media hesabında zəlzələdə həlak olanları nəzərdə tutaraq yazıb:  "Əslində, hamımız öldük. Kimimiz dağıntıların altında, kimimiz üstündə".

Xatırladaq ki,bundan əvvəl Tvitter-də paylaşım edən tanınmış aktyor zəlzələlərdən sonra kirayə haqqını, ərazaqları bahalaşdıranlara üsyan edib.

O, belə fürsətçilərə xitabən "cənazələrimizə ayaq basmayın" deyib.

Ləman

Mia.az