Məşhur müğənni Melek Mosso qazpuluna etiraz edib.

Mia.az xəbər verir ki, bu barədə o, "İnstagram"dakı hesabında paylaşıb.

O, bu ay üçün evinə gələn 6 min 700 TL-lik təbii qaz pulunun həddən artıq çox olmasından heyrətə gəldiyini deyib.

Müğənninin sözlərinə görə, bu qədər qazpulunu rahat qəbul etmək mümkün deyil: "Qəbul edə bilmirəm, həzm edə bilmirəm, bezdim. Evim böyükdür, bəli. Amma geçən qış kombini daha güclü yandrıdım, bunun yarısı qədər qazpulu gəldi. Elə bil saray qızdırıram. Mən bir vətəndaş olaraq bu qədər qazpulu ödəməklə yaşamaq istəmirəm. İndi "pulu var, ödəsin" deyən trollar çıxacaq. Qardaşlar, bu, hamımızın büdcəsinə təsir edən durumdur. Yaxşı, bəs mən ödədim, siz necə ödəyəcəksiniz? Mən əsl bunun dərdindəyəm".

Ləman

MİA.AZ