“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan dəhşətli qatar qəzası bizi dərindən kədərləndirdi”.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb: "Bütün qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”.

Xatırladaq ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 85 nəfər yaralanıb.