MHP lideri Dövlət Baxçalı bu gün futbol tribunalarından yüksələn istefa tələblərinə kəskin münasibət bildiirb.

Mia.az xəbər verir ki, o, Tviter-dəki hesabından "Fənərbağça" - "Konyaspor" və "Beşiktaş" - "Antalyaspor" oyunlarında hökumətin istefaya çağırılmasını qəbuledilməz və məsuliyyətsizlik adlandırıb.

Baxçalı tvitlərində bundan sonra futbol oyunlarının azarkeşsiz oynanmasını tələb edib.

O, eyni zamanda, bu kimi çağırışı edənlərin təqibçisi olacaqlarını bəyan edib.

MHP sədrinin tvitlərini olduğu kimi tədim edirik:

Zülfiyyə

MİA.AZ