Türkiyədə baş verən güclü zəlzələ 11 vilayətdə böyük dağıntılara və 44 mindən çox insanın həlak olmasına səbəb olarkən, ilk gündən bölgəyə yardım edən tanınmış müğənni Haluk Levent və onun qurucusu olan "Ahbap" ("Dostlar") Dərnəyinə Türkiiyə "Kızılay"ının 46 milyonluq çadır satması geniş müzakirələrə səbəb olub.

Mia.az xəbər verir ki, Haluk Levent faktı təsdiqləyərək, bildirib ki, zəlzələnin üçüncü günündə "Qızıl Aypara"dan 46 milyon lirə dəyərində çadır alıblar: "Etdiyimiz hər bir əməliyyat qanuni və düzgündür. Sonra öyrəndik ki, "Kızılay Çadırı və Tekstil" A.Ş." şirkəti "Qızıl Aypara"nın törəmə şirkəti olan hüquqi şəxsdir. "Kızılay"ın özü də müvafiq sənədləşmə ilə bu şirkətdən çadır alır. Bu barədə onların saytında artıq izahat var".

"Qızıl Aypara"nın rəhbəri Kerem Kınık də Haluk Leventin açıqlamasına oxşar fikir söyləyib və bildiirb ki, rəhbərlik etdiyii quruma bağlı olan şirkət hər zaman ehtiyat çadır saxlayır: "Dərnək də tam qanuni olaraq, oradan pulu ilə çadırlar alıb...".

Zəlzələnin ağır fəsadları, 500 mindən çox insanın bölgədən təxliyyə olunduğu, milyonlarla insanın evsiz-eşiksiz qaldığı bir dönəmdə, çadırların pulla satılmasına cəmiyyətin fərqli kəsimlərindən etirazlar artlb.

Sənət aləminin tanınmış simaları da "Qızıl Aypara"nın insanların böyük ehtiyac duyduğu çadırları məhz pulla satmasını qəbuledilməz sayıb.

Məsələn, aparıcı Armağan Çağlayan sosial şəbəkə hesabında yazıb: "Həqiqətən başa düşmədiyim üçün soruşuram: Onsuz da "Qızıl Aypara" o çadırları pulsuz paylamalı deyilmi? O çadırlar  xalqın və dövlətin malı deyilmi?".

Aktyorlar Berna Laçin ve şarkıcı Demet Sağıroğlu da sosial media hesablarından bu fakta etiraz ediblər (Screenləri aşağıda verilib- mia.az).

Receb Evidik kimi tanıdığımz məşhur Şahan Gökbakar da ingils dilində paylaşım edərək, faktı qınayıb: "Al gülüm, ver gülüm. Eləmi...".

Ləman Namazlı

MİA.AZ