“Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür”.
Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "tviter"də paylaşıb.
O, daha sonra belə yazıb: “Biz bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq! Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik”.
Samir
Mia.Az