İstanbulda başında kaska olan motosikletdə olan iki nəfər işıqforda gözləyən avtomobilə silahlı hücum edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli vaxtla saat 11.30 radələrində Üsküdarda Koşuyolu Məhəlləsindəki yolda işıqforda dayanan maşı ın sürücü yaralanmayıb.

Hadisə şahidi Erhan Günal TV-lərə açıqlamasında deyib ki, sürücü işıqforda gözləyirdi: "Motosiklet onun yanından keçərək U dönüşü edədərk qəfil atəşə başladı. Yanılmıramsa, sürücüyə doğru 3 atəş edildi, sonra qaçdılar".

Məlumata görə, sürücü polislər tərəfindən ifadəsi alınmaq üçün idaryə aparılıb. Sui-qəsdçiulər barədə araşdırma gedir.

Xatırladaq ki, ötən ilin dekabrında da Türkiyədə Ülkü Ocaqlaırnın keçmiş başqanıSinan Ateş də eynən belə formada Ankarada öldürülmüşdü.

Zülfiyyə,

MİA.AZ