Salyan rayonunun Çadırlı kəndində azyaşlı qıza qarşı cinsi təcavüzlə bağlı 4 nəfər həbs edilib. 

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib: “Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir”.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Salyan rayonunun Çadırlı kəndində 13 yaşlı qıza qarşı cinsi təcavüz baş verdiyini açıqlayıb. Onun sözərinə görə, hazırda azyşalı qız təhülkəsiz yerdə yerləşdirilib.

Mia.az