İYİ partiya sədri Meral Akşener FOX TV-də gündəmlə bağlı sualları cavablandırıb.
Mia.az xəbər verir ki, o, zəlzələdən sonra ölkədə mayın 14-də keçirilməsi gözlənilən prezident və parlament seçkilərindən danışıb.
Seçkilərin qanunu vaxtının iyun ayında olmalı olduğunu, ancaq prezident Ərdoğanın o vaxta kimi mövcud problemlərin daha da dərinləşəcəyindən çəkinərək, mayın 14-nə önə çəkməyi planladığını deyən Akşener bildirib ki, zəzlələ fəlakəti bu saat ölkənin kədərə boğsa da, seçki zamanında keçirilməlidir: "Biz, əslində, seçkinin öz vaxtında 18 iyun 2023-də keçiriləməsini tələb edirik. Madam, cənab Ərdoğan ona qədər daha da tükənəcəklərindən qorxuraq, seçkiləri mayın 14-də keçirmək istəyir, buyursun. Əgər erkən seçki olacaqsa, o, bu, martın 10-da rəsmən elan olunmalıdır".
Partiya sədri bildirib ki, təmsil olunduğu "6-lı Masa" zəlzələyə görə fevralın 13-nə nəzərdə tutulan toplantıısını keçirərək öz namzədini açıqlaya bilməyib: "Düşünürəm ki, martın 2-dəki iclasımızda namizədimiz elan olunacaq...".
Bu an aparıcı İlker Karagöz ona belə sual ünvanlayıb: "Əgər "6-lı Masa" sizi namizəd göstərmək istərsə, nə edərsiniz?".
Akşenerin cavabı isə maraqlı olub: "Onu bilmirəm, inanın, heç düşünmədim. Qazanacaq bir namizədlə seçkiyə gedəcəyik və qazanacağıq, həm də elə birinci turda...".
Samir MUSAYEV
MİA.AZ