Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunu təsdiqləyib.

Mia.az xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Müzakirələrdən sonra Konvensiyanın 2013-cü il oktyabrın 2-də Strasburq şəhərində imzalanmış 16 nömrəli Protokolu Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilib.