Dünyaca məşhur aktrisa, "Oskar" mükafatlı Keyt Uinslet Türkiyənin zəlzələ bölgəsindəki görüntülərə biganə qalmağın mümkünsüz olduğunu deyərək, dünyaya səslənib.

Mia.az xəbər verir ki, "İnstaqram" hesabında 1,2 milyon izləyicisi olan məşhur britaniyalı aktrisa  Türkiyə və Suriyada gördükləri mənzərələrdən çox məyus olduğunu bildirib və Böyük Britaniyada fəaliyyət göstərən "Sevgini Seç"in yardım kampaniyasına ianə edib: "Lütfən, nə qədər verə bilirsinizsə, siz də verin. Tək bir qəpik belə, həyat qurtarmaq üçün vacibdir...".

Ləman

Mia.az