Məşhur yazıçı və mütəfəkkir Cəmil Meriçin muzeyə çevrilən Hataydakı 107 illik evi zəlzələdən "burnu qanamadan" salamat çıxıb.
Mia.az xəbər verir ki, Türkiyənin dahi mütəfəkkiri sayılan Cəmil Meriçin hazırda muzey kimi fəaliyyət göstərən evi dronla görüntülənib.
Aydın olub ki, evə ən kiçik zərər belə dəyməyib.
Xatırladaq ki, Cəmil Meriç dil, tarix, ədəbiyyat, fəlsəfə və sosiologiya başda olmaqla, ictimai elmlərin bir çox sahələrində araşdırmalar aparmış, məqalələr yazmış bir mütəfəkkirdir. Onun 12 əsəri və tərcüməsi ilə türk ədəbiyyatında mühüm yer tutduğu qəbul edilir.
Ləman.
Mia.az