"Yarğı" serialının baş rol ifaçısı Uğur Aslan zəlzələdən sui-istifadə edənlərə qarşı üsyan edib.

Mia.az-ın məlumatına görə, o, Tvitter-də paylaşım edərək, belə sui-istifadəçilərə "cənazəmizə belə ayaq basmayın" deyə xəbərdarlıq edib.

Zəlzələlərdən sonra kirayə haqqını artıran, ərzaq ehtiyatını talayanlara işarə edən Aslan yazıb: "Kirayəni artıran, ərzaq talayan, birjada betondan, dəmirdən kömək uman ürəyini qaralayır. Bəsdir, cənazələrimiz ayaq basmayın, artıq".

Uğur Aslan növbəti tvitində isə yardımı şouya çevirənlərə səslənib: "Kimin nə qədər kömək etdiyini yazıb qəlbimzii qırmayın. Sadəcə, kömək edin. Amma xahiş edirəm, sakitcə...".

Xatırladaq ki, fevralın 6-da baş verən dəhşətli zəlzələdə tanınmış aktyorun  Hatayda qardaşı, qardaşı arvadı və onların uşaqları, o cümlədən başqa xeyli yaxın qohumları həlak olub.

Ləman

Mia.az