İzmir bələdiyyəsinin Türkiyədəki zəlzələdən zərərçəkənlər üçün başlatdığı yardım kampaniyasına tanınmış sənətçilər dəstək verir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bir kirayə, bir yuva" kampanyasına Gülşen, Pınar Deniz, Meltem Cumbul, Armağan Çağlayan, Sıla, Mert Fırat, Hakan Altun, Mətin Akpınar və digər çəmşhur aktyor və müğənnilər də qoşulublar.
Belə ki, Halk TV-də 6 saat yayınlanan yardımla bağlı kampaniyaya qoşulan məşhurlar İzmirdə yerləşən 33 098 "qaçqın ailəsi"nin bir illik kirayə haqqı üçün 330 milyondan çox pulun toplanmasında əsas rol oynayıblar.
Məsələn,
Gülşən 120 min tl köçürüb
***
Pınar Deniz 100 min tl köçürüb
***
Armağan Çağlayan - 1 milyon
***
Meltem Cumbul - 40 min dollar
***
HAKAN ALTUN - 5 ailəyə bir illik əşyalı dairə dəstəyi
***
Erol Evgin - 50 min tl
Ləman
MİA.AZ