İYİ partiyası keçmiş Əmək və Sosial Müdafiə naziri Yaşar Okuyanın CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşünə çox sərt reaksiya verib.
Mia.az xəbər verir ki, sabiq nazir CHP lideri ilə görüşü barədə foto paylaşaraq yazıb: "Bu gün CHP sədri, cənab Kamal Kılıçdaroğlu ilə Türkiyə Böyük Millət Məclisindəki CHP Qrup otağında yarım saat görüşdük. Zəlzələ və seçkiləri müzakirə etdik".
Bu açıqlamadan dərhal sonra Maral Akşenerin partiyasından etiraz səsləri ucalıb.
Xatırladaq ki, sabiq nazir bir müddət əvvəl "Əlimdə sənəd, fakt var. Akşener "6-lı masa"nı dağıtsa, bunun bir əvəzi olacaq" deyərək, İYİ partiya sədrini kompramat savaşı ilə təhdid edib.
Məhz bu açıqlamanı nəzərə alan İYİ Partiyanın funksioneri İbrahim Özkan sabiq nazirin CHP lideri ilə görüşünü təsdiqləyən fotonu nəzərdə tutaraq tvit atıb: "Bu yalançının sədrimə böhtan atması ortada olsa da, bu görüntünü qəbul etmirəm".
Bundan sonra İYİ partiya üzvlərindən görüşə təpkilər çoxalıb.
Vəziyyətin gərginləşdiyni görən CHP rəsmi açıqlama yayıb.
Partiya sosial şəbəkə hesabından Okuyanın CHP-dən uzaqlaşdırıldığınə bildirib: "Cənab Yaşar Okuyan Cümhuriyyət Xalq Partiyasından çıxarılıb. Bunu ictimaiyyətin diqqətinə təqdim edirik".
Xatırladaq ki, MHP-də siyasətə başlayan və ANAP-ın qurucularından olan Okuyan 2019-cu ilin fevralında CHP-yə üzv olub.
Lamiyə
MİA.AZ