Müdafiə naziri Hulusi Akarın "zəlzələdən sonra 20 min suriyalı ölkəsinə geri dönüb" açıqlamasına məşhur aktrisa və müğənni Gülben Ergendən reaksiya gəlib.
Mia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki hesabında paylaşım edib.
Müğənni bu xəbəri təqdir edərək, bildirib ki, daha qapıları suriyalı qaçqınlara bağlamalıdırlar: "5 milyon əskiklə 20 min...
Allahım yollarını açıq, talelərini gözəl eləsin. Bizim ölkəmiz yanğın yeridir…
Biz bizə yetməyə çalışırıq. Qucaq açmaq limitimiz dolmuş olsun, lütfən. Edə biləcəyimizin ən dəyərlisini etdik. Buraya qədər deyək, artıq. Qapadaq qapılarımızı, yaralarımızı sarıyaq".
Ləman
Mia.az