Türkiyədəki zəlzələ tarixi kiləsələrə də böyük zərərlər vurub: bəziləri dağılıb, bəziləri isə qismən zərər görüb, az bir hissəsi isə sarsıntıya tab gətirib.
Mia.az xəbər verir ki, Hatayda fransızların hakimiyyəti dövründə (1918-1939-ciu illər) səfirlik və Fransız Bankı olaraq istifadə edilən Antakya Protestant Kilsəsi (2000-ci ildə Protestant Kilsəsi olaraq tanınıb) fevralın 6-da baş verən zəlzələdə dağılıb.
Antakya Protestant Kilsəsi
***
Bununla yanaşı, Antakyada yunan pravoslav kilsəsi də zəlzələdən "nəsib"ini alıb. Belə ki, Antakya Rum Pravoslav Kilsəsinin yalnız qapısı və bir divarı ayaqda qalıb, qalan bütünlüklə yerləbir olub.
Onu da qeyd edək ki, bu kilsə 1830-cu illərdə tikilib, 1872-ci ildə bir dəfə zəlzələdə ciddi ziyan görüb.
Antakyada yunan pravoslav kilsəsi
***
Hatayın Altınözü rayonundakı tarixi Müqəddəs Georgi Yunan Ortodoks Kilsəsində ziyan meydana gəldi.
Anadolu Agentliyinin xəbərinə görə, Sarılar məhəlləsində 1364-cü ildə inşa edilən tarixi binanın tavanının bəzi hissələri uçub, günbəz və divarlarının bəzi hissələri dağılıb. Eyni zmanada, divarlarda da dərin çatlar əmələ gəlib.
Müqəddəs Georgi Yunan Ortodoks Kilsəsi
***
Hatayın İskəndərun rayonunda zəlzələ nəticəsində Anadolu Katolik Kilsəsinin mərkəzi olan və tikintisi 13 il davam edən İtalyan Latın Katolik Kilsəsi dağılıb.
152 illik tarixi olan kilsənin ritual və dəfn mərasimlərinin keçirildiyi ərazinin böyük hissəsinin dağıdıldığı müşahidə edilib.
Anadolu Katolik Kilsəsi
***
Osmanlı sultanı Sultan Əbdüləzizin fərmanı ilə 1870-ci ilin əvvəllərində inşasına başlanan və 1876-cı ildə tamamlanaraq ibadətə açılan İskəndərun Müqəddəs Nikolay (Müqəddəs Nikolay) Rum Ortodoks Kilsəsi də böyük ziyanla üzləşib.
Müqəddəs Nikolay (Müqəddəs Nikolay) Rum Ortodoks Kilsəsi
***
Diqqətçəkən odur ki, Hatayın, ümumiyyətlə, Türkiyənin yeganə erməni kəndi olan Vakıflar kəndində olan Məryəm kilsəsinə zərər dəyməyib.
Məryəm kilsəsi
****
Hatayın İsgenderun rayonunda yerləşən "Məryəm Ana Heykeli"nin ayaqda qaldığı kilisəyə İspaniyadan yardım göndərilib. Belə ki, zəlzələdn bir neçə gün sonra İspaniya hərbi gəmisi ilə İskenderun dəniz limanına yanaşan ispan həırbçilər özləri ilə gətirdikləri humanitar yardımları birbaşa kilsəyə təqdim ediblər
"Məryəm Ana Heykeli"
***
1514-cü ildə tikilən və 2017-ci ildə bərpa edildikdən sonra yenidən ibadət üçün açılan Mar Yuhanna kimi tanınan İskəndərun Arsuz Rum Ortodoks Kilsəsi də ciddi ziyan görüb.
Arsuz Rum Ortodoks Kilsəsi
***
Hatayda yerləşən St. Peter (Əziz Petrus) kilsəsinə zəlzələ təsir etməyib. İHA-nın xəbərinə görə, "Əziz Petrus" Kilsəsi Antakya-Reyhanlı yolunun üzərində Stauris dağının (Xaç dağı) qərb yamacında yerləşir.
Dağın yamacında qayalara oyulmuş dərinliyi 13 metr, eni 9,5 metr və hündürlüyü 7 metr olan mağaradan ibarət olan kilsə dünyanın “ilk mağara kilsəsi” hesab olunur. Hz. İsanın 12 həvarisindən biri olan Müqəddəs Pyotrun ilk dəfə təbliğ etdiyi və 1963-cü ildə Papa VI Pavel tərəfindən "ziyarət yeri" elan edilən mağara xristianlığın ən qədim kilsələrindən biri hesab olunur.
St. Peter (Əziz Petrus) kilsəsi
***
Lamiyə,
Mia.az