Xəbər verdiyimiz kimi, bu gün AzTV tanımış dublyaj aktyoru Kamal Yaşarın işdən çıxarılması, verilişinin bağlanması ilə əlaqədar açıqlama yayıb.

Mia.az-ın məlumatına görə, açıqlamada verilişin bağlanması reytinq problemi ilə əlaqələndiriilib.

Məsələ ilə bağlı Kamal Yaşar Yeniavaz.com-a açıqlama verib. O bildirib ki, prosesin reytinqlə heç bir əlaqəsi yoxdur: "Veriliş reytinqinin aşağı olması və sair barədə bu günə qədər mənə heç bir söz deyilməyib. Hətta, əməkdaşlığımız yaxşı davam edirdi. Xocalı Soyqırımına aid bir veriliş hazırlamışdıq. Bu ay həmin proqram yayımlanmalı idi. Öz xərcimizlə hazırlamışıq. Nə oldu ki, yaydığım videomüraciətin sonrasında AzTV belə bir addım atdı? Mən orada yanlış bir söz işlətməmişdim. Sadəcə Prezidentə belə bir problem barədə xəbər vermək istədim. Çünki, başqa hara müraciət etmişəmsə baxmayıblar. Prezident əgər mənim müraciətimə müsbət reaksiya versə AzTV o zaman necə addım atacaq?”.

Qeyd edək ki, K. Yaşar sosial şəbəkə hesabı vasitəsilə Prezidentə dublyaj sahəsində olan bəzi problemlər barədə müraciət ünvanlamışdı.

Mia.az