Bir çox əyləncəli verilişlərin aparıcısı və İngiltərədə futbol klubunun sahibi olan Acun Ilıcalı zəlzələ bölgəsinə daha bir milyon lirə köçürüb.
Mia.az xəbər verir ki, bu barə\də o, az əvvəl canlı yayımda açıqlama verib.
Xatırladaq ki, bir neçə gün əvvəl "İnstagram"da 13,6 milyon təqibçisi olan Acun Ilıcalı AFAD və Qızıl Aypara Cəmiyyətinin yardım hesablarını paylaşaraq, dünyadan yardım istəmişdi.
Xatırladaq ki, "Ahbap" Dernəyininn başkanı, müğənni Haluk Levent "Twitter"də paylaşıb ki, Acun Ilıcalı bölgəyə çox böyük yardım edib: "Sevgili Acun Ilıcalı bölgəyə 100 TIR su göndərir. Ayrıca sığınacaqların içini vacib əşyalarla doldurmaq üçün 5 milyon tl dəyərində müxtəlif əşya göndərəcəyinə söz verdi...".
Ləman,
Mia.az