Dünyanın məşhur modeli Bella Hadid "Instagram" hesabından Türkiyə və Suriyaya yardım çağırışları edib.
Mia.az xəbər verir ki, o, bundan əvvəlki paylaşımında Türkiyədəki dəhşətli zəlzələni nəzərdə tutaraq "bədənim donub" deyə baş verən hadisədən şoka düşdüyünü və çox böyük sarsıntı keçirdiyini bəyan etmişdi: "Zəlzələ barədə xəbərləri oxuduqca, donum artır, sümüklərim sızıldayır...".
Bugünkü paylaşımında isə o, zəlzələni qorxunc hadisə adlandıraraq, həlak olanlara görə kədərləndiyini, dağılan evlərə və o evlərin altında hələ də can çəkişən insanlara görə narahat olduğunu yazıb: "Həmin insanlar üçün dualar edirəm".
Model bildirib k, 30 mindən çox insanın ölməsi və hələ də xilasetmə əməliyyatlarının davam etməsi göstərir ki, bu say artacaq: "İndi o bölgədə donduruu soyuq hava var. Bu, həm xilasedicilərin işini, həm də xilas olmaq istəyənlərin taleyini çətinləşdirir. Çox tezliklə zərərçəkənlər üçün əlimdən gələn yardımlar üçün fəaliyyətə başlayacam...".
Model, eyni zamanda, beynəlxalq yardım təşkilatlarının hesablarını da paylaşaraq, bu hesablar vasitəsiylə ianə etmələrini xahiş edib.
Zülfiyyə,
Mia.az