ATV-də bir zamanlar yayımlanan "Bir Zamanlar Çukurova" serialında çəkilən aktrisa Emel Atıcı və qızı Püryan Atıcı zəlzələdə ölüblər.

Mia.az xəbər verir ki, bu barədə serialı çəkən şirkət - Tims&B sosial media hesabından başsağllığı mesajı verib.

Bildirilib ki, aktrisa və Beykoz Universitetinin məzunu olan qızı Kahramanmaraşda çökən binanın dağıntıları altında qalaraq həyatları ilə vidalaşıblar.

Allah rəhmət eləsin!

Ləman,

Mia.az