Türkiyədə baş verən zəlzələ UNESCO-nun tarixi abidə kimi qeydiyyatında olan beşminillik Diyarbakirdəki qalaya da ciddi zərər vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər xəbər verir ki, qalanın bir hissəsində daşlar qopub, qəzalı vəziyyət yaradıb.

Məsələ ilə bağlı açıqlama verən Dicle Üniversitetinin dekanı, professor İrfan Yıldız deyib ki, ölkənin nadir tarixi abidələrindən olan qalada dağıntı olsa da, bu, bərpa olunandır: "Böyük acımız, böyük itkilərimiz var. Amma Diyarbəkirdə tarixi abidələrlə o qədər də ciddi zərər dəyməyib. Qeyd etdiyimiz bu qalanın bir divarında yaranan dağınıtı o qədər də ciddi təhlükə yaratmır. Şükür ki, qala dimdik ayaqdadır"

Zülfiyyə,

Mia.az