Məşhur müğənni və ssenarist Mahsun Kırmızıgül Kahramanmaraşa gedib.

Mia.az xəbər verir ki, zəzlələ bölgəsindən paylaşım edən müğənni burada dəhşətli vəziyyətin olduğunu bildirib.

"Məni bu qədər məhv edən faciə ilə heç vaxt qarşılaşmamışam. İnanın ki, həyatımın silləsini aldım" - deyən Mahsun Kırmızıgül Adıyamanda yardım toplanan  anvarda çeşidləmə işləri ilə məşğul olduqlarını qeyd edib: "Xahiş edirik, hər şeyi bir yerə toplamayın, çeşidləri uyğun qutulara yığın, inanın, burada zamana qarşı savaş gedir, ona görə hər xırda şeyə vaxt ayıra bilmirik".

Müğənni daha çox yardıma ehtiyac olduğunu vurğulayaraq, bildirib ki, Haluk Leventin lideri olduğu AHBAP Dərnəyi ilə koordinasiyalı çalışırlar: "Burada hər kəs çətin vəziyyətdədir. Kahramanmaraş və Adıyaman bölgəsində mən və komandam əlimizdən gələni edirik. Burada çox şeyə böyük ehtiyac var, yardımınızı əsirəməyin...".

Xatırladaq ki, az əvvəl prezident Ərdoğan da Adıyamana gedib.

Ləman,

Mia.Az