Tanınmış aktrisa Başak Gümülcinelioğlu qaynanasının da dağıntılar altında qaldığı Hataydan daha bir video və mesaj paylaşıb.

Mia.az xəbər verir ki, videoda qaynanasının da can çəkişdiyi binanın qalıqlarının yanında haray çəkən aktrisa "burada dağıntılar alıtında səs gəlir" - deyərək xilasedicilərə səslənib: "Lütfən, tez gəlin.."

Göz yaşlarını tuta bilməyən aktrisa digər paylaşımında yazıb ki, səsinə səs verilib. Artıq təcili yardım da gəlib: "...Dağıntılar altında 4 nəfərdə bədən hərarəti görünür, birində isə ürək döyüntüləri var (Qeyd edək ki, Türkiyə istehsallı yeni cihazlar vasitəsi ilə dağıntlar altında qalan insanlaırn sağ olub-olmadığını belə müəyyən etmək olur - MİA.AZ). Dağıntılar altında  birdən çox yaşayan insan var. Sağ olaraq çıxarılmaları üçün dua edirik".

Məlumata görə, hazırda ərazidə xilasedicilər çalışmalara başlayıb.

Ləman,

Mia.az