Baş nazir Əli Əsədov Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Mia.az xəbər verir ki, plana əsasən, bu il iyul-sentyabr aylarında Şuşada türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər keçiriləcək.

Eyni zamanda, Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin təşkili və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı, “Məclisi-üns” ədəbi məclisi təşkil ediləcək.

Ləman,

Mia.az