Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın sabiq üzvü, keçmiş deputat Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib. 

Mia.az xəbər verir ki, partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında hər şeyin hüquq çərçivəsində həll olunduğunu deyərək, məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını qeyd edib.

S. Novruzov G. Əhmədovanın yenidən YAP-a üzv ola biləcəyini də istisna etməyib: "Şərti azadlıq müddəti bitdikdən sonra müraciət edərsə, baxıla bilər”.