Türkiyənin məşhur müğənnisi Karsunun dağıntılar altında qalan nənəsi və əmisi sağ çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat yayıb.

Nənəsi və əmisi ilə fotolarını da paylaşan müğənni bildirib ki, bibi isə həlak olub. 

Canlı yaymda ağlayan müğənni bibisi barədə "O, mələk oldu, mələk. Nur içində yat, bibicim", - deyə yazıb.

Karsu deyib ki, dağıntılar altında hələ də əmisi və bibisi uşaqları qalır.

Xatırladaq ki, bundan əvvəl müğənni "İnstagram"dakı sosial şəbəkə hesabında ağlayaraq rəsmilərdən kömək istəmişdi.

Ləman,

Mia.az