"Yarğı" serialının baş rol ifaçısı Uğur Aslan Hatayda baş verən zəlzələdə qardaşı, qardaşı arvadı və onların uşaqlarının dağıntılar altında qaldığını deyib.
Mia.az-ın məlumatına görə, o, bu barədə Tviter-də paylaşım edən tanınmış aktyor deyib ki, Hataydakı qohumlarından çoxu kimi, qardaşının ailəsindən də xəbər ala bilmir: "Onların dağıntı altında qaldığını və artıq həyatda olmadığını düünürük. Dərin kədər içindəyik. Valinin dediyinə görə, binaların alt yapı problemləri olub, Xilasetmə işləri də belədir, vaxtında və sistemli müdaxilə olsaydı, bəlkə də çox insanı xilas etmək olardı. Qardaşımın ailəsinin də dağıntı altından çıxarılmasına müdaxilə olmayıb...".
Aktyor paylaşdığı videoda daha sonra bildirib ki, ölkə böyük kədər içindədir: "Xahiş edirəm, dağıntılar altında qalanlara təcili kömək edin, çox pis günlər keçiririk. Tək istəyim dağıntı altında qalanlara daha tez müdaxiə edilərək, çxarılmalarıdır. Əldə etdiyim məlumata görə, insanların bəziləri öz gücü ilə xilas olub, bəziləri də hələ də dağıntılar arasından özü çıxmağa cəhd edir. Hatayın ciddi dəstəyə, yardıma ehtiyacı var, Lütfən, bunu təcili edin".
Ləman
Mia.az