ATV-də yayımlanan və Azərbaycanda da böyük izləyici kütləsi olan "Mən bu cahana sığmazam" ("Ben Bu Cihana Sığmazam") serialının baş rolunda (Cəzair Türk) çıxış edən Okray Kaynarcanın setdən ayrılacağı barədə xəbər yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fevralın 7-də Bakı vaxtı ilə saat 22-00-da efirə gedəcək seriyasında Oktay Kaynarcan vurulacaq.

İddiaya görə, bu güllələnmə ilə, o, serialla vidalaşacaq.

Türkiyə mətbuatı yazır ki, məşhur aktyorun serialdan ayrılmasnın səbəbi puldur. Belə ki, xaricə bağlı bir şirkət ona yeni layihəsində eyr alması üçün rədd edə bilməyəcəyi məbləğ təklif edib.

Ləman,

Mia.az