Beləliklə də Tağı Əhmədovun məsuliyyətə cəlb
olunması üçün ciddi əsaslar yaranıb. Lakin keçmiş rəisin həbs
olunub-olunmayacağı barədə qərar yoxlamalar başa çatandan sonra
veriləcək.
Məlumatda o da deyilir ki,
metropolitendə əsasən Tağı Əhmədovun qohumları və yaxın adamları
çalışır. Yoxlamalarla paralel onların işdən çıxarılması prosesi də
gedir. Tağı Əhmədovun yaxın qohumu olan rəisi müavini Arif Rəsulov işdən
çıxarılıb.
Bu iddialara aydınlıq gətirmək üçün
T.Əhmədovla əlaqə saxladıq. Keçmiş rəis "Yeni Müsavat”a lakonik şəkildə
"Bu barədə heç nə bilmək istəmirəm, vəssalam” deyərək telefonu qapatdı.