TRT ekranlarında yayımlanan "Ürək çıxmazı" filminin son seriyasında babanın nəvəsini dəmirlə döyməsi səhnəsi izləyənləri hiddətləndirib.
Mia.az xəbər verir ki, bu anlar sosial şəbəkədə "şiddətin, zorakılığın bu qədər açıq nümayişi zərərlidir, pis ənənə yaradır" fikirləri ilə kəskin tənqid atəşinə tutulub.
Xatırladaq ki, TRT-nin çəkdiyi və Ayça Bingöl, İrem Helvacıoğlu, Alp Navruz, Dilarə Aksüyek, Bihter Dinçel və Məsut Akustanın rol aldığı "Yürek Çıkmazı" serialı hər çərşənbə axşamı yayımlanır.
13-cü bölümdə Məsut Akustanın canlandırdığı Yılmaz nəvəsi Serayı otaqdan dəmirlə döyür.
Ləman,
Mia.az