Mahsun Kırmızıgülün ssenari müəllifi və rejissoru olduğu “Prestij məsələsi” filminin İstanbulda təqdimatı olub. 

Mia.az xəbər verir ki, film fevralın 3-dən, yəni bu gündən Türkiyə ilə yanaşı, Avropa, Yaxın Şərq və Azərbaycanda da nümayiş olunacaq.

Bu barədə təqdimat mərasimində açıqlama verən Kırmızıgül deyib ki, kino aləmnin çarəsizliyə qapıldığı bu günlərdə bu film bir ümid işığı olacaq: "Bu, həm bizim, həm də ölkəmiz üçün çox xeyirli olacaq".

Baş rollarda Engin Hepileri, Eser Yenenler, Aslıhan Güner, Biran Damla Yılmaz, Şebnem Bozoklu, Melisa Döngel, Ali Sürmeli, Erkan Petekkaya və Nursel Kösenin çəkildiyi "Prestij məsələsi" filminin uğur qazanacağı gözlənilir.

Xatırladaq ki, bu filmlə bağı məhkəmə qalmaqalı var. Belə ki, filmdə şəxsi həyatından bəhs ediləcək mərhum sənətçilərdən bəsətəkar Hilmi Topaloğlunun oğlu Volkan Topalın Mahsun Kırmızıgülü məhkəməyə verib. O, bu filmlə atasının atasının etibarının zədələndiyini, üstəlik, onun şəxsi həyatına müdaxilə olduğu və bununla ictimai nüfuzuna zərbə vurulduğunu iddia edir.

Bununla bağlı ilk məhkəmə iclası yanvarın 26-da baş tutub. Daha dəqiqi, təxirə salınan iclasın zalında bəstəkarın ilk və ikinci arvadından olan oğlanları arasında dava düşüb. Belə ki, iddiaçı Volkan Topala qardaşı Okan Topaloğlu "20 il sonra bir film görüb, ortaya çıxırsan. Atamın sümüklərini sızladırsan, utanmaz adam" deyə, təpki göstərib.

Ləman,

Mia.az