Məhsa Əmininin öldürülməsindən sonra başlayan etirazların aramsız davam etdiyi İranda daha bir sensasiyalı hadisə baş verib.

Mia.az xəbər verir ki, nişanlı cütlük - 20 yaşlı Astiyazh Haqiqi ilə Əmir Məhəmməd Əhmədi sosial media hesablarında romantik rəqs videolarını paylaşdıqları üçün 10 il 6 ay həbs cəzasına məhkum ediliblər.

 Tehran hökuməti gənclərin belə romantik rəqsindən qəzəbləndiyini gizlətməyərək, üstəlik, qızın baş örtüyüyün olmamasını da ciddi qanun pozuntusu sayıb.

Samir MUSAYEV,

Mia.az