Serenay Sarıkaya, Burak Deniz və Mert Ramazan Dəmirn baş rollarda çəkildiyi "Şahmaran" serialında "üsyan" yaşanır.
Mia.az xəbər verir ki, yanvarın 20-də Netflix-də yayımlanan "Şahmaran" ilk gündən cəsarətli səhnələri ilə sənət aləminin gündəmini çalxalasa da, bu dəfə serialın aktyorları arasında yaşanan gərginlik müzakirə mövzusu olub.
Belə ki, "Netflix" sosial şəbəkə hesabında yalnız baş rolıarın ifaçıları ola "üçlüy"ün - Serenay Sarıkaya, Burak Deniz və Mert Ramazan Demirin "Şahsu, Maran və Cihan... Səhəri sırayla dinləyəcəm" başlğıı ilə fotolarınə paylaşıması serialın məşhur aktyoru Mahir Günşırayı qəzəbləndirib.
O, elə həmin paylaşımın şərh bölməsinə belə yazıb: "Bravo! 3 nəfərlik serial çəkdiniz! Təbrik edirəm. Uğurlarınızın davamını arzulayıram".
Qeyd edək ki, bu ironik şərh sənət aləmində "bomba effekti" verib.
Ləman,
Mia.az